Tarix: 13-03-2022 | Saat: 15:09
Bölmə:Karusel / Gündəm | çapa göndər
Yaponiya özünümüdafiə qüvvələri ABŞ dəniz piyadaları korpusu ilə birgə üçgünlük təlimlər keçirəcək.
Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, təlimlər gözlənilməyən vəziyyətə hazır olmaq məqsədi daşıyır.
ABŞ dəniz piyadalarının kapitanı Nikki Qaleqosun bildirdiyinə görə, Yaponiyanın mərkəzi hissəsində, Hind-Sakit okean regionunda Yaponiya özünümüdafiə qüvvələrinin desant briqadası ilə ABŞ dəniz piyadaları ekspedisiya bölməsinin ilk böyük təlimləri olacaq.
Təlimlərə martın 15-də start veriləcək.
Özünümüdafiə qüvvələrinin qərargah rəisi general Yoşihide Yoşida bildirib ki, təlimlərdə özünümüdafiə qüvvələrinin 400, ABŞ dəniz piyadalarının Okinava bazasında yerləşən bölməsinin isə 600 hərbçisi iştirak edəcək.
Təlimlərdə özünümüdafiə qüvvələrinin 2018-ci ildə yaradılan desant briqadası və ABŞ dəniz piyadalarının bölməsi dənizdən və havadan desant çıxarılması, həmçinin quruda hərbi əməliyyatlarda iştirak edəcəklər.
Təlimlər zamanı “V-22 Osprey” konvertoplanlarından ilk dəfə istifadə ediləcəyi bildirilib.
Digər xəbərlər