Saytımızı qiymətləndirin


 
 

“Dəhlizin Rusiyanın nəzarətində olmasındansa...” – Azərbaycanın yeni strategiyası
Tarix: 12-03-2022 | Saat: 16:52
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Dəhlizin Rusiyanın nəzarətində olmasındansa...” – Azərbaycanın yeni strategiyası

Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu memorandumun Azərbaycan üçün  hansı iqtisadi üstünlükləri olacaq? Qarabaginfo.az bildirir ki, İqtisadçı Azər Mehdiyev Yenisabah.az-a memorandumu şərh edib:

“Artıq uzun müddətdir ki, Naxçıvandan keçərək Azərbaycanı birləşdirən dəhlizin yaradılmasına zərurət var idi. Bu dəhliz Naxçıvan Azərbaycan əlaqələrinin birbaşalığının təmin olunması üçün əhəmiyyətlidir. 

Dəhliz Türkiyədən, Azərbaycandan keçməklə beynəlxalq logistika şəbəkəsinə açılması baxımından əhəmiyyətli dəhlizdir. Uzun müddətdir bununla bağlı müzakirələr gedir. Bu dəhlizin iqtisadi qiymətləndirilməsi haqqında müxtəlif mübahisəli fikirlər səsləndirilə bilər. Lakin bizim dəhlizdən beynəlxalq səviyyədə necə istifadə edə bilərik? Bunu düşünməliyik. Belə bir dəhlizin olması Azərbaycan üçün vacib və zəruri idi”.

Ermənistandan keçməli olan Zəngəzur dəhliznə gəldikdə iqtisadçı deyib ki, dəhlizin ilk olaraq Ermənistan ərazisindən keçərək Azərbaycan və Naxçıvanı birləşdirmək məsələsi var idi:

“Dəhlizin Ermənistandan keçməsinə rəğmən daha çox rusların nəzarətində olmalı idi. Memorandum bu məsələni gündəmdən saldı. Dəhlizin Rusiyanın nəzarətində olmasındansa, İrandan keçməsi Azərbaycan üçün daha məqsədə uyğundur.

Doğrudur, hələ sazişlə bağlı tam dəyərləndirməni apara bilməmişik. Lakin görünən odur ki, dünyada baş verən proseslər dəhlizin məhz İran ərazisindən keçib Naxçıvana çəkilməsinin məqsədəuyğun olduğunu göstərir”.

Ekspert Gömrük Keçid Məntəqələrinin olub-olmaması ilə bağlı da danışıb: “Bu artıq detallar məsələsidir. Təbii ki, gömrük məntəqələrinin olması daşınan mallara nəzarətin təmin edilməsi baxımından önəmlidir. Lakin məsələ gömrük keçid məntəqəsinin olub-olmaması deyil. Əsas məsələ həmin məntəqələrdə işlərin necə təmin olunmasıdır”.



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər