Saytımızı qiymətləndirin


 
 

"Azərbaycanla Türkiyə bölgəyə sülhün gəlməsində maraqlıdırlar"
Tarix: 10-03-2022 | Saat: 20:53
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək » Newscenter.az

"Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayib Ərdoğan arasında 4 saatdan artıq davam edən görüşdə bir çox vacib məsələlər ətrafında geniş müzakirələr aparıldı. İki dost və qardaş ölkənin dövlət başçıları müttəfiqlik münasibətləri çərçivəsində bütün məsələləri ətraflı müzakirə etdilər. Bölgədə bütün istiqamətlər üzrə təhlükəsizliyin təmin olunması ilə bağlı əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi apardılar".

Qarabaginfo.az bildirir ki, bu fikirləri "Report"a millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Ukrayna-Rusiya münasibətlərinin gərginləşdiyi, ermənilərin cəbhədə davamlı təxribat törətdikləri vaxtda belə bir səfərin gerçəkləşməsi və ikitərəfli müzakirələrin aparılması xüsusi əhəmiyyət daşıyır:

"Bölgədə gərginliyin artmasından isitfadə edən Ermənistan son günlər cəbhədə davamlı təxribatlar törədir. Bölgənin gələcək inkişafı münasibətlərin normallaşmasından keçir. Ermənistan öz mövqeyini konkretləşdirməlidir. Əgər sülh istəyirsə, Azərbaycan sülhə, müharibə istəyirsə, müharibəyə hazırdır. Ermənistan unutmasın ki, ən kiçik təxribatın baş verdiyi təqdirdə Azərbaycanla Türkiyə çox ciddi reaksiya verəcəklər".

Deputat sosial şəbəkələrin tənzimlənməsini istədi

C.Məmmədov qeyd edib ki, Azərbaycanla Türkiyə münasibətlərin normallaşmasında və bölgəyə sülhün gəlməsində maraqlıdırlar. İki eyni kökə, müştərək tarixə malik ölkələr arasında əlaqələr son illər iki ölkənin dövlət başçılarının həyata keçirdikləri siyasət nəticəsində son illər daha da inkişaf edib.

"Bu gün Azərbaycanla Türkiyə arasında əlaqələr “Şuşa Bəyannaməsi” ilə yeni mərhələyə daxil olub. İki ölkə arasında təhlükəsizlik məsələləri, enerji sahəsində əməkdaşlıq prioritet istiqamətlərindən birini təşkil edir. Belə bir sənədin imzalanması gələcək əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Türkiyə dostluğu və qardaşlığı bədi və sarsılmazdır", - millət vəkili vurğulayıb.



Xəbəri paylaş

1219 dəfə oxunub.

Digər xəbərlər