Saytımızı qiymətləndirin


 
 

İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olur –FAZİL MUSTAFA
Tarix: 06-06-2023 | Saat: 12:53
Bölmə:Karusel / Sosial | çapa göndər

“Əhalinin sosial müdafiəsində ciddi problemlər var”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, büdcədə bu problemlərin həlli üçün maliyyə var: “Olimpiya komplekslərinin və digər bu kimi yerlərin saxlanması üçün ayrılan vəsait insanların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməlidir. Bu kimi yerlər təcili özəlləşdirilməlidir. Digər tərəfdən, dərmanların qiymətləri çox bahadır. O dərəcə bahalaşıb, amma bunun qarşısını almaq üçün tədbirlər görülmür. Bizim bazardan Avropa dərmanları çıxıb. Banqladeşin, Hindistanın dərmanlarını gətiririk. Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik. İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olurlar”.



Xəbəri paylaş

196 dəfə oxunub.

Digər xəbərlər
11-03-2021, 10:16 Siqaret bahalaşdı