Tarix: 10-03-2022 | Saat: 14:11
Bölmə:Karusel / Region | çapa göndər
Çeçen könüllülərdən ibarət Şeyx Mənsur və Coxar Dudayev adına batalyonlar Ukrayna ordusunun tərəfində döyüşəcəklərini bildiriblər. Bu barədə chechenews.com xəbər verir.
Ukraynada rus qoşunlarına qarşı döyüşmək üçün çeçenlərdən ibarət batalyon yaradılıb.
Bununla bağlı Şeyx Mənsur Müslüm Çeberloyski adına çeçen batalyonunun komandiri Anzor Masxadov bəyanat yayıb.
“Hazırda Ukraynada bütün mütərəqqi və azad bəşəriyyətin taleyi həll olunur və heç bir azadlıqsevər insanın kənarda qalmağa haqqı yoxdur.
Mən bilirəm ki, Avropada yaşayan çeçenlər, inquşlar və digər Qafqaz xalqlarının nümayəndələri Ukrayna xalqının Rusiyaya qarşı mübarizəsinə qoşulmaq istəyirlər.
Biz onları Ukrayna prezidenti Volodimir Zelenskinin qərarı ilə yaradılmış xarici legiona qoşulmağa çağırırıq.
Bu birləşmə tamamilə Ukrayna Silahlı Qüvvələrinə tabedir və Ukraynada qalmağın tam qanuniliyinə təminat veriləcək. Şimali qafqazlılar və digər millətlərdən olan bütün könüllülər komandanlıq adına legiona yazıldıqdan sonra müraciət edə və icazə aldıqdan sonra batalyonumuza qoşula bilərlər.
Mən hər kəsin nəzərinə çatdırmaq istəyirəm ki, “Şeyx Mənsur” batalyonu Ukrayna könüllü ordusunun bir hissəsidir və bütün hərəkətlərini hərbi və xüsusi xidmət orqanları ilə əlaqələndirir. Həmçinin mən “kadırovçular” və rus əsgərləri ilə birlikdə Ukraynaya öldürməyə gələn digər qafqazlılar haqqında da danışmaq istəyirəm.
Çox güman ki, sizin aranızda bura gəlmək istəməyənlər və bu müharibəyə qarşı olanlar da var. Buna görə də sizə yeganə düzgün qərar verməyi - təslim olmağı təklif edirik. Onsuzda, rus hərbçiləri bu müharibənin tam mənasız olduğunu görərək kütləvi şəkildə təslim olurlar. Görürsünüz ki, Ukrayna hərbçiləri və xalqı məhbuslara humanist yanaşır.
Düzgün qərar verməklə siz nəinki canınızı qurtarmış olarsınız, həm də adlarınızı təmizə çıxara bilərsiniz. Mən yalnız evdə və Ukraynada işgəncə, qətl, zorakılıqda iştirak etməyənləri nəzərdə tuturam. Belələri ilə bizim söhbətimiz qısa olacaq”, - bəyanatda deyilir.(virtualaz.org)
Digər xəbərlər