Tarix: 13-02-2025 | Saat: 17:23
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 230.3 milyon manat xərclənib.
Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 0,7% çoxdur.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,7%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 14,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6%-i avtomobil benzini və dizel yanacağının, 4,6%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Digər xəbərlər