Ana Sayfa > Karusel / İqtisadiyyat > 2025-ci ilin ilk ayında Azərbaycanda içki və siqaretə 230 mln. manat xərclənib

2025-ci ilin ilk ayında Azərbaycanda içki və siqaretə 230 mln. manat xərclənib


Bu gün, 17:23. Yazar: Admin

2025-ci ilin ilk ayında Azərbaycanda içki və siqaretə 230 mln. manat xərclənib

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 230.3 milyon manat xərclənib.

Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 0,7% çoxdur.

Xatırladaq ki, 2025-ci ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,7%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 14,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6%-i avtomobil benzini və dizel yanacağının, 4,6%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.


Geri dön