Saytımızı qiymətləndirin


 
 

MN: Qanunsuz erməni silahlı dəstəsi Xocalı və Goranboyda mövqelərimizi atəşə tutub
Tarix: 09-03-2022 | Saat: 11:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

MN: Qanunsuz erməni silahlı dəstəsi Xocalı və Goranboyda mövqelərimizi atəşə tutub

Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Qarabaginfo.az xəbər verir ki bu barədə MN məlumat yayıb.

Xəbərə görə, təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Bildiririk ki, Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir.



Xəbəri paylaş

254 dəfə oxunub.

Digər xəbərlər