Saytımızı qiymətləndirin


 
 

Ukraynanın Sumi şəhəri üçün humanitar dəhliz açılıb, evakuasiya başlayıb
Tarix: 08-03-2022 | Saat: 13:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukraynanın Sumi şəhəri üçün humanitar dəhliz açılıb, evakuasiya başlayıb

Martın 8-də Ukraynanın Sumi şəhərinə humanitar dəhliz açılıb. Yerli vaxtla saat 9:00-dan 21:00-a kimi sükut başlayıb. İnsanlar Loxvitsa və Lubnı vasitəsilə Poltavaya aparılacaq, bu marşrut Ukrayna və Rusiya tərəfləri tərəfindən razılaşdırılıb.

Bu barədə Poltava Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Lunin öz Teleqram kanalında məlumat verib.Məlumatda qeyd edilir ki, artıq bir neçə onlarla avtobus insanları götürmək üçün Loxvitsadan çıxıb:

“Onlarla birlikdə Qırmızı Xaç nümayəndələri və həkimlər var. Prosesə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk, Poltava və Sumı regional hərbi administrasiyaları nəzarət edir. Logistika qurulub. Biz mülki şəxsləri, o cümlədən əcnəbi tələbələri təxliyə edirik. Onlar getdikcə daha da irəliləyərək ölkənin qərbinə doğru irəliləməyə davam edəcəklər”.

Qeyd edilir ki, humanitar yardım - ərzaq və dərman da humanitar dəhlizlə Sumiyə çatacaq.



Xəbəri paylaş

267 dəfə oxunub.

Digər xəbərlər