Saytımızı qiymətləndirin


 
 

“Qarabağ” evdə, “Sabah” səfərdə qələbə qazanıb
Tarix: 06-03-2022 | Saat: 21:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Qarabağ” evdə, “Sabah” səfərdə qələbə qazanıb

Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.

Qarabaginfo.az saytının məlumatına görə, turun ikinci günündə 2 oyun baş tutub.

Günə “ASK Arena”dakı Bakı derbisi ilə başlayıb. “Keşlə” ilə “Sabah” arasında matçın taleyini bir qol həll edib. Turnir cədvəlindəki qonşuların duelində qonaqlar son dəqiqələrdəki qolla 3 xal qazanıb. Bununla da “Sabah” həm özündən öndə, həm geridə qərarlaşan komandalarla xal fərqini 8-ə çatdırıb.

Turun son matçı “Azərsun Arena”da keçirilib. Çempionatlın lideri “Qarabağ” “Qəbələ”ni qəbul edib. Premyer Liqanın favoriti ilk yarıda ciddi müqavimətlə üzləşsə də, ikinci hissədəki qollarla növbəti qələbəsini qazanıb. Ağdamlılar bu qarşılaşmada böyük hesabla qalib gəlib. Bununla da Qurban Qurbanovun yetirmələri ən yaxın izləyicisindən 6 xal uzaqlaşıb. “Qəbələ” isə ikinci pilləni növbəti turda qarşılaşacağı “Zirə”yə verib.

Qeyd edək ki, turun ilk günündə “Zirə” “Sumqayıt”ı 1:0, “Neftçi” “Səbail”i 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Premyer Liqa
XVIII tur
6 mart (bazar)
17:00. “Keşlə” – “Sabah” - 0:1
Qol: 
Zurab Oçiqava, 89
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Vüqar Həsənli
“Keşlə”: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 6. Franko Flores, 9. Natan Oduva, 13. Pərviz Azadov, 95. Rəhman Daşdəmirov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 8. Tural Axundov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 19. Fəhmin Muradbəyli, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 70. Bahadur Həziyev, 74. Kamal Kazımov
Baş məşqçi: Sənan Qurbanov
“Sabah”: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 4. Elvin Camalov, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 7. Boyan Letiç, 66. Abdulax Xaibulaev
Ehtiyat oyunçular: 97. Aleksandr Neçayev, 94. Yusif İmanov, 14. Slavik Alxasov, 11. Kristian Sebalyos, 15. Kristian da Silva, 99. Hiqor Qabriel, 8. Şakir Seyidov, 21. İldar Alekperov, 19. Kamran Quliyev, 29. Ceyhun Nuriyev
Baş məşqçi: Murad Musayev
“ASK Arena”

19:15. “Qarabağ” – “Qəbələ” - 5:1
Qollar: 
Kadi Borqes, 16, Vadji İbrahima, 50, Kevin Medina, 65, Filip Ozobiç, 68, Abdullah Zubir, 88 - İsnik Alimi, 40 (p.)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 55. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov (k), 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 24. Patrik Robson, 2. Samet Karakoç, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Azersun Arena”

1

Qarabağ

17

12

4

1

37-10

40

2

Zirə

18

10

4

4

27-16

34

3

Qəbələ

18

9

5

4

30-22

32

4

Neftçi

18

9

4

5

28-22

31

5

Sabah

18

7

2

9

24-26

23

6

Keşlə

18

4

3

11

18-29

15

7

Sumqayıt

17

3

4

10

10-26

13

8

Səbail

18

3

2

13

12-35

11

Bombardirlər: Davit Volkov (“Zirə”) - 10 qol, Filip Ozobiç (“Qarabağ”) - 8.



Xəbəri paylaş

1215 dəfə oxunub.

Digər xəbərlər