Tarix: 03-03-2022 | Saat: 13:49
Bölmə:Karusel / Region | çapa göndər
“Hazırda nüvə müharibəsi haqqında söhbətlər gedir. Bu barədə danışılanlara və danışanlara fikir verin. Əvvəl cənab Stoltenberq özünü Qərbdəki ən radikal qüvvələrə bəyəndirmək üçün deyib ki, NATO istədiyini edə bilər, həmçinin nüvə silahını Şərqi Avropada yelrəşdirə bilər. Gəlin ondan başlayaq ki, NATO bu barədə qərar verə bilməz, onun nüvə silahı yoxdur. O, amerikalılardadır. Amma onun işarəsi nümunədir”.
Qarabaginfo.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində söyləyib.
“Daha sonra cənab Zelenski də bildirib ki, qeyri-nüvə ölkəsi öhdəliyindən imtina edə bilərik. Fransalı həmkarım Jan İv Lö Drianın nə söylədiklərinə baxmağı unutmayın. Fransalıların simvolu var - xoruz. Bax onlar tez-tez xoruzlanırlar. Deyib ki, "Putin bilməlidir ki, Fransanın da nüvə silahı var". Bütün bunları biz demirik, onlar deyir”, - deyə o bildirib.
Nazir vurğulayıb ki, heç kəs Rusiyanı təxribatlarla tarazlıqdan çıxara bilməz: “Lakin bizə qarşı real müharibə başlansa, deməli, bu barədə həmin planları ortaya atanlar düşünməlidir”.
Digər xəbərlər