Saytımızı qiymətləndirin


 
 

"Ford" Rusiyada fəaliyyətini dayandırır
Tarix: 02-03-2022 | Saat: 11:20
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

"Ford" Rusiyada fəaliyyətini dayandırır

ABŞ-ın avtomobil istehsalçısı "Ford Motor Company" bir sıra digər avtomobil istehsalçılarının ardınca Rusiyadakı fəaliyyətini dayandırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Ford"un açıqlamasında deyilir.

Məlumatda qeyd olunub ki, vəziyyət "Ford" şirkəti Rusiyadakı əməliyyatlarına yenidən baxmağa vadar edib. Son illər ərzində "Ford" Rusiyadakı əməliyyatlarını əhəmiyyətli dərəcədə azaldıb. Belə ki, "Ford" Tatarıstanda yalnız kommersiya furqonlarının istehsalı ilə məşğul idi. Şirkət hazırkı geosiyasi vəziyyəti nəzərə alaraq "Sollers Ford" müştərək müəssisəsini Rusiyadakı fəaliyyətinin dayandırılması barədə məlumatlandırıb.

"Ford"un Ukraynada əhəmiyyətli əməliyyatları olmamasına baxmayaraq, dünya üzrə şirkətdə bu ölkə çoxlu sayda vətəndaşı çalışır. Şirkət onlara dəstək olmaq niyyətindədir.

Qeyd edək ki, bundan əvvəl bir sıra avtomobil istehsalçıları, o cümlədən "Daimler", "Volvo", BMW, "Jaguar Land Rover" və başqaları Rusiyada fəaliyyətini dayandırdıqlarını elan edib.



Xəbəri paylaş

1284 dəfə oxunub.

Digər xəbərlər