Saytımızı qiymətləndirin


 
 

Bayden-Zelenski danışıqları xüsusi telefonla aparılır
Tarix: 02-03-2022 | Saat: 00:49
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bayden-Zelenski danışıqları xüsusi telefonla aparılır

ABŞ və Ukrayna prezidentləri arasında telefon danışığı təhlükəsiz peyk telefonu ilə aparılır.

Qarabaginfo.az-ın xəbərinə görə bu barədə CNN-ə adı açıqlanmayan Ağ Ev rəsmisi bildirib. Qeyd olunub ki, ABŞ telefonu Volodimir Zelenskiyə ötən ay çatdırıb. ABŞ həmin telefon vasitəsi ilə Ukrayna Prezidenti ilə müntəzəm əlaqə saxlayır.

CNN-in məlumatına görə daha əvvəl iki ölkənin rəsmiləri arasında təhlükəsiz kommunikasiya Kiyevdəki ABŞ səfirliyi vasitəsi ilə mümkün olub.

Təhlükəsiz mobil telefon V. Zelenskiyə ABŞ-la daimi əlaqə imkanı verir.

ABŞ bənzər peyk telefonunundan Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya da verib.

Məlumatda qeyd olunub ki, Zelenski ölkədə qalmaq niyyətində olduğunu açıqlayıb və hazırda Kiyevdə təhlükəsizliyi xüsusi qaydada qorunan bir neçə lokasiyada yerdəyişmə edərək fəaliyyətini davam etdirir.



Xəbəri paylaş

1270 dəfə oxunub.

Digər xəbərlər