Saytımızı qiymətləndirin


 
 

Rusiyadan 10 000 dollardan çox nağd valyutanın çıxarılması qadağan edilib
Tarix: 02-03-2022 | Saat: 00:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukraine invasion: Would Putin press the nuclear button? - BBC News

Rusiya Prezidenti Vladimir Putin ölkədən dəyəri 10 min dollardan çox olan nağd valyutanın çıxarılmasını qadağan edib.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Putinin Kremlin saytında dərc olunan fərmanında deyilir.

2 mart 2022-ci il tarixindən 10 min dollar ekvivalentindən artıq olan və Rusiya Federasiyası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə hesablanmış nağd xarici valyutanın və/və ya xarici valyutada olan pul alətlərinin Rusiya Federasiyasından çıxarılması qadağan edilir.

Bundan əlavə, fərman Rusiyanın “dost olmayan ölkələr”dən olan qeyri-rezidentlərə və onların nəzarətində olan strukturlara hökumət komissiyasının razılığı olmadan qiymətli kağızlar və daşınmaz əmlakla əməliyyatlar aparmağı, rubl kreditləri almağı qadağan edir.

Fərmanın mətnində göztəririlir ki, sənəd Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı “ABŞ və onlara qoşulmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost və beynəlxalq hüquqa zidd hərəkətləri ilə əlaqədar” imzalanıb.

Qeyd edək ki, indiyə kimi Rusiya Federasiyasından 10 min dollardan çox məbləğdə nağd pul çıxararkən bəyannamə təqdim edilməli idi.



Xəbəri paylaş

1279 dəfə oxunub.

Digər xəbərlər