Saytımızı qiymətləndirin


 
 

Kiyev Kremlə şərtini AÇIQLADI: Rus qoşunları bütün Ukraynadan çıxmalıdır!
Tarix: 28-02-2022 | Saat: 17:35
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ukrayna ilə Rusiya arasında ilk danışıqlar Rusiyanın təşəbbüsü ilə ilkin şərt olmadan başlayıb. Ukrayna nümayəndə heyətinin əsas tələbləri Rusiya qoşunlarının Ukraynadan çıxarılması və atəşkəsdir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç “Current Time” telekanalının efirində bildirib.

"Bizim mövqeyimiz təxminən aydındır - heç bir şərt və ya ultimatum yoxdur. Çünki Rusiya tərəfi bu tərəfdən gəlmək istəyirdi, bu, çox gülməli idi", - Aretoviç bildirib.

Konkret nəyi nəzərdə tutduğuna dair aydınlaşdırıcı suala Arestoviç belə cavab verib:

“Əvvəlcə deyirdilər ki, siz təslim olursunuz, sonra sizinlə danışarıq. Prezident Aparatında bu tələbə ürəkdən güldük. Sonra ikinci dəfə bütün şərtləri aradan qaldıracaqlarına söz verdilər - razılaşdıq".

Prezident Aparatı rəhbərinin müşaviri bildirib ki, Rusiya Federasiyasının danışıqlarla bağlı təşəbbüsü yaxşı əlamətdir.

Aretoviç vurğulayıb ki, Ukraynanın əsas şərtləri təkcə Rusiyaya deyil, bütün dünyaya aydındır - atəşkəs və bütün rus qoşunlarının çıxarılması.

Teleaparıcının Rusiya qoşunlarının Donbasdan çıxarılmasından söhbət getdiyinə aydınlıq gətirmək xahişinə Aretoviç belə cavab verib:

"Bəli, Donbass və Krımdan da… Bütün qoşunlar Ukrayna ərazisindən çıxmalıdır. Onsuz da hamısını torpağa göməcəyik. Yaxşı olar ki, könüllü getsinlər. Burada nə baş verdiyindən xəbəriniz yoxdur. Ukraynanın ehtiyatda olan 100 min könüllüsü artıq sırada dayanıb”.



Xəbəri paylaş

252 dəfə oxunub.

Digər xəbərlər
7-10-2021, 19:42 Xəzər zəlzələ olub