Tarix: 29-09-2026 | Saat: 17:41
Bölmə:Karusel / Dünya | çapa göndər
Tu-95 strateji bombardmançı təyyarə Amur vilayətində təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya MN hadisə nəticəsində 6 ekipaj üzvünün öldüyünü, bir nəfərin isə yaralandığını təsdiqləyib.
Məlumata görə, təyyarədə döyüş sursatı olmayıb.
***
16:45
Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-95 təyyarəsi Amur vilayətində qəzaya uğrayıb.
Bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, hadisə sentyabrın 29-da Amur vilayətinin Krasnoyanovo kəndi yaxınlığında baş verib.
Məlumata görə, təyyarənin göyərtəsində 7 nəfər olub. Onlardan 6-sı ölüb, bir nəfər isə yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, qəzanın səbəbi təyyarədə yanacağın partlaması ola bilər.
Qeyd olunur ki, təyyarə Rusiya Müdafiə Nazirliyinin “Ukrainka” aviabazasına məxsus olub. Hadisə yerində güclü yanğın baş verib.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
Digər xəbərlər

















