Saytımızı qiymətləndirin


 
 

Paşinyanın partiyasının namizədi Eçmiədzində keçirilən yerli seçkilərdə qalib gəlib
Tarix: 17-11-2025 | Saat: 12:31
Bölmə:Karusel / Region | çapa göndər

Arqişti Mexakyan

Ermənistan Baş naziri Nikol Paşinyan Vaqarşapatda (Eçmiədzin) keçirilən yerli seçkilərdə qalib gəlmiş partiyadaşı Arqişti Mexakyanı təbrik edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata əsasən, Paşinyan bildirib ki, Vaqarşapat sakinləri bu seçimi edərək ermənilərin müqəddəs məkanı olan Eçmiədzinin Ktriç Nersisyandan (Erməni Katolikosu II Qareqin) azad olunması prosesinə mühüm təkan veriblər.

Bundan əlavə, Nikol Paşinyan hakimiyyət partiyası olan “Vətəndaş Müqaviləsi” üzvlərini və Ermənistan Respublikasının bütün vətəndaşlarını “2026-cı il ümumxalq seçkilərinin möhtəşəm başlanğıcı” münasibətilə təbrik edib.

Qeyd edək ki, Katolikos II Qareqinin qardaşı Qevork və qardaşı oğlu Ambartsum Nersisyanlar Vaqarşapatdakı seçkiqabağı təşviqatına mane olmaqda ittihamı ilə həbs olunublar.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər
27-02-2019, 11:49 Paşinyan Tehrana getdi