DİN və DTX əməliyyat keçirdi: Saxlanılanlar var
Tarix: 28-02-2022 | Saat: 12:15
Bölmə:Karusel / Kriminal | çapa göndər
342 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-02-2022 | Saat: 12:15
Bölmə:Karusel / Kriminal | çapa göndər

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan, xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb olunmuş şəxslərdən 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Qabil Əzizli və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədov Fərzili kəndi ərazisində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Keçirilən baxış zamanı onlardan ayrı-ayrı bağlamalarda ümumi çəkisi 16 kiloqrama yaxın narkotik vasitə heroin və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitələri xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və paytaxt ərazisində onun dediyi yerlərə çatdırmaqla satışını təşkil etməli imişlər.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəbəri paylaş
Digər xəbərlər
17-02-2023, 16:04
“YAŞAT” Fondu şəhid ailəsinin borcunu bağladı
7-07-2024, 09:41
Axtarışda olan şəxs polisə xəsarət yetirib qaçmağa çalışdı
23-02-2022, 21:10
Türkiyənin Akkuyu AES-i vaxtından əvvəl istismara verilə bilər
9-11-2024, 15:13
Yağıntılı hava nə vaxta kimi davam edəcək?
20-07-2022, 13:18
Şərqi Zəngəzurda radio kanalların yayım əraziləri genişləndirilib
13-08-2021, 12:29
Şənbə günü 42 dərəcə isti olacaq
17-05-2024, 12:16
“Kofeşop”larda 14-15 yaşlı uşaqlar çalışır"














