Saytımızı qiymətləndirin


 
 

Ukrayna ordusu: Rusiyanın insan itkisi 4 500 nəfərə çatıb
Tarix: 28-02-2022 | Saat: 07:21
Bölmə:Karusel / Region | çapa göndər

 

Ukrayna ordusu: Rusiyanın insan itkisi 4 500 nəfərə çatıb

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə ərzində Rusiya qoşunlarının şəxsi heyətinin itkisi təxminən 4 500 nəfər təşkil edib.

Qaranaginfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayır.

Qeyd edilir ki, məhv edilmiş və ya zədələnmiş təyyarələrin sayı 27 ədəd (dəqiqləşdirilir), helikopterlər 26 ədəd, tanklar - təxminən 150 ədəd, toplar təxminən 50-dir. Eləcə də BUK hava hücumundan müdafiə sistemləri - 1 ədəd, taktiki səviyyəli silahlar - 60 ədəd, gəmilər, qayıqlar - 2 ədəddir.

Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya Federasiyası aviasiya texnikası toplamaqda və xüsusi təyinatlıları aktivləşdirməkdə davam edir.



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər