Laçının kəndindəki bu Ermənistan vətəndaşının 100 qoyunu var...
Tarix: 30-10-2019 | Saat: 16:19
Bölmə:Karusel / Qarabağ | çapa göndər

569 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-10-2019 | Saat: 16:19
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Bizlər isə nə qədər ki, Minsk Qrupunun, rusun, ingilisin, fransızın çobanlığıyla hərəkət edərək öz gücümüzü göstərmirik, o dağların üzünü görməyəcəyik...
Slavik Mnatsakanyan 2016-cı ilin aprelində Talışda Azərbaycana qarşı vuruşub da...
İşğalçı, separatçı ermənilər Azərbaycanın işğal altındakı torpaqlarını bacardıqları qədər məskunlaşdırmaqda davam edirlər.
Qarabaginfo "Moderator.az"a istinadən xəbər verir ki, erməni jurnalistlərin işğal altındakı dağlarımızdan hazırladıqları materialda son illərdə Ermənistanın Sisian rayonunun Anqexakot kəndindən köçüb Laçın rayonunun “Noraşenik” adlandırılmış kəndlərindən birində (çox güman ki, Narışlar kəndi) məskunlaşmış Slavik Mnatskanyandan bəhs edilir. Məlum olur ki, Ermənistan vətəndaşı Laçının kəndinə anası və qardaşı Araratla birgə köçüb. Slavikin bu yaxınlarda Şuşanik adlı qızı olub. Araratın isə 3 övladı var. S.Mnatsakanyan Ermənistanın kəndində dolana bilmədiklərindən buraya gəldiklərini bildirib. Erməni deyir ki, Laçının kəndlərinin iqlim və otlaq şəraiti heyvandarlıq üçün daha əlverişlidir. Ona görə də qısa müddətdə qoyunlarının sayını 100-dək artırıb. Ermənistan vətəndaşı deyir ki, hələ gəldiyindən iki il öncə gəlsə idi, bu saat 400 qoyunu olardı...
Jurnalistlərlə söhbətindən məlum olur ki, Slavik Mnatsakanyan 2016-cı ilin aprel savaşı zamanı könüllü dəstə tərkibində Talış kəndinin müdafiəsində də Azərbaycana qarşı vuruşub...
Müxbirlər köynəyinin üzərində ingilis dilində “general” yazıldığını görüb erməni çobanı zarafatla “dağların generalı” adlandırırlar...
P.S. Doğrudan da o dağlarımızda, yaylaqlarımızda sərbəst gəzib, pendir-çörək yeyib, daxmada yaşayıb çobanlıq edən ermənilər 30 ilə yaxın qarabağsızlığa, laçınsızlığa dözən bizlərə nisbətdə generaldır. Bizlər isə nə qədər ki, ATƏT-in Minsk Qrupunun, Moskvanın, Vaşinqtonun, Parisin, rusun, ingilisin, amerikanın, fransızın çobanlığı altında hərəkət edirik, dünyanın super güclərinə öz gücümüzü göstərmirik, o dağların üzünü görməyəcəyik...
Sultan Laçın
Xəbəri paylaş
Digər xəbərlər
3-11-2023, 14:13
Nəcməddin Sadıqov istintaq araşdırmasından danışdı: “Bu məsələlər sizi niyə narahat edir ki?”
7-08-2024, 22:00
Kursk vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib
30-03-2019, 11:24
Qaradağda sərnişin avtobusu qəzaya uğrayıb
18-04-2022, 22:19
Ərdoğan: “Ermənistanla münasibətlərin normallaşması davam edir”
24-09-2021, 13:58
Zəngilanlılar bu ilin sonunadək öz evlərinə qayıda bilər - Prezident
18-12-2024, 14:56
Prezident: Rusiyanın müdafiə sənayesi hazır olduqda, təbii ki, yeni müqavilələr bağlayacağıq
27-07-2021, 16:30
Sahil Babayev: "Serbiya Zəngəzur dəhlizindən faydalanmaqda maraqlıdır"
23-09-2022, 20:52
Ukraynada Rusiyanın Su-25 qırıcısı və İranın 6 PUA-sı vurulub
25-11-2021, 14:11
Ermənilər su borularının içərisinə də mina yerləşdirib - ANAMA







" style="width: 670px; height: 340px;">









