Saytımızı qiymətləndirin


 
 

Azərbaycan marşı türk serialında səslənib
Tarix: 25-02-2022 | Saat: 18:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

Marşımız türk serialında səslənib

Türkiyənin ATV kanalında yayımlanan “Yalnız qurd” (Yalnız kurt) serialının 5-ci bölümünün önizləməsi internetə yerləşdirilib.

Mədəniyyət Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, fraqmentdə “Nuri Killigil / Qafqaz İslam Ordusu” Marşına yer verilib.

Sözləri Nəriman Həsənzadəyə, bəstəsi Əli Behbudzadəyə məxsus olan marşı Şəmistan Əlizamanlı səsləndirir. Fraqmentdə Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın fabrikindəki partlayışdan sonra baş verənlər ekrana gətirilir.

Türkiyənin yaxın tarixini işıqlandıran serial son illərdə baş verən çevrilişləri, xəyanətləri, qətlləri, anarxiya və terroru əhatə edir. İlk seriyaları ilə diqqəti cəlb edən serialda Cihan Ünal, Hasan Denizyaran, Damla Çolbay, Murat Han və Polat Bilgin kimi aktyorlar çəkiliblər. “Sinagraf” şirkətinin istehsalı olan serialın rejissoru Çağatay Tosun, icraçı prodüseri Yusuf Ömer Yavaş, ssenari müəllifləri Murat Koca və Ali Alper Erze, prodüseri Osman Sınavdır.



Xəbəri paylaş

1213 dəfə oxunub.

Digər xəbərlər