Saytımızı qiymətləndirin


 
 

ANAMA ilə Fransa səfirliyi arasında bəyannamə imzalanıb
Tarix: 25-02-2022 | Saat: 16:58
Bölmə:Karusel / Dünya | çapa göndər

Zakari Qros, Vüqar Süleymanov

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransa Respublikasının ölkəmizdəki səfirliyi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə Niyyət Bəyannaməsi imzalanıb.

Bu barədə Qarabaginfo.az-a ANAMA-dan məlumat verilib. Xəbərə görə, bəyannamə Agentliyin sədri Vüqar Süleymanov və Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros tərəfindən imzalanıb.

Sənəd ANAMA-nın texniki potensialının gücləndirilməsi, yaşayış üçün təhlükəsiz mühitin yaradılması istiqamətində icra edilən fəaliyyətə dəstək olmaqla, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı üzrə görülən işlərə töhfə olacaqdır.

Bəyannamənin əsas fəaliyyət istiqamətləri səfirliyin dəstəyi hesabına minatəmizləmə avadanlığının alınması, eləcə də alınacaq avadanlığın istifadəsi üzrə təlimlərin keçirilməsini nəzərdə tutur.



Xəbəri paylaş

1297 dəfə oxunub.

Digər xəbərlər