Saytımızı qiymətləndirin


 
 

Korotçenko: “Rusiyada Xocalı hadisələrinin soyqırımı aktı kimi tanınmasına ehtiyac var”
Tarix: 25-02-2022 | Saat: 16:56
Bölmə:Karusel / Qarabağ | çapa göndər

İqor Korotçenko

 

Rusiyada qanunvericilik səviyyəsində Xocalı hadisələrinin Azərbaycan xalqının soyqırımı aktı kimi rəsmi tanınmasına ehtiyac var.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbirdə çıxışında bildirib.

“Bu gün deməli olduğumuz ən mühüm şey odur ki, bu cinayətlərə görə bağışlanma yoxdur. Müvafiq cinayət əmrlərini verən o erməni siyasətçiləri, bu əmrləri yerinə yetirən o erməni hərbçilər, Yaxın Şərqdən olan erməni terrorçuları bu hadisələrə görə layiq olduğu məsuliyyətə cəlb olunmalıdırlar. Xocalı insanlığa qarşı cinayətdir, vəhşicəsinə törədilmiş hərbi cinayətdir. Belə cinayətlərin iddia müddəti yoxdur. Xocalı soyqırımını törədən siyasətçilər və icraçılar cinayət məsuliyyətinə cəlb edilməlidir. Mən tam əminəm ki, Rusiyada qanunvericilik səviyyəsində Xocalı hadisələrinin Azərbaycan xalqının soyqırımı aktı kimi rəsmi tanınmasına ehtiyac var. Biz çalışacağıq ki, Rusiya Dövlət Duması Xocalı soyqırımı aktı haqqında hüquqi şəkildə rəsmiləşdirilməli olan müvafiq qərar qəbul etsin”, - İqor Korotçenko vurğulayıb.(Apa)



Xəbəri paylaş

1211 dəfə oxunub.

Digər xəbərlər