Saytımızı qiymətləndirin


 
 

Zalujnı Rusiyanın son itkilərini açıqladı
Tarix: 25-02-2022 | Saat: 07:59
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna SQ-nin baş komandanı Valeri Zalujnı yerli vaxtla 00:00-a (Bakı vaxtı ilə 02:00) olan son məlumatları açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, o, Ukrayna ordusunun 19 saatlıq müdafiəsi ilə bağlı toplantı keçirildiyini bildirib.

“Bu ağır dönəm onunla nəticələndi ki, düşmənin işğal planını həyata keçirməyə imkan vermədik. 19 saatdır müdafiəmiz davam edir”, - o deyib.

Hazırda ən ciddi döyüşlərin Xersonda getdiyini bildirən baş komandan Ukrayna ordusunun körpünü geri aldığı və Dneprin sol sahilində möhkəmləndiyini qeyd edib:

“Rıkovda düşmən məğlubiyyətə uğradılıb, məhv edilib. Şimal iqtisamətində Pobeda və Qluxovada döyüşlər gedir, düşmən hücumunun qarşısı alınıb. Balous çayından Çerniqova istiqamətində hücum edən birinci tank briqadasının qarşısı alınıb. Volında bölmələrimiz möhkəmlənib və düşmənin hücumunu dəf etməyə hazırdır.

Dovjanka, Xarkov, Axtırka, Sumda müdafiə qüvvələri döyüş aparır. Bolçansk, Belovo Kolodtsa, Prikolotno rayonlarında da döyüşlər gedir.

Qara dənizin cənub-qərbində Ukrayna donanması hərbi əməliyyatları davam etdirir”.

Onun sözlərinə görə, Donetsk və Luqansk vilayətlərində müxtəlif istiqamətlərdə ön cəbhədə vəziyyət bərpa olunub:

"Düşmənin itkiləri belədir: 30-dan çox tank, 130-a qədər hərbi maşın, 7 təyyarə, 6 helikopter”.

 



Xəbəri paylaş

1299 dəfə oxunub.

Digər xəbərlər