Tarix: 24-02-2022 | Saat: 12:22
Bölmə:Karusel / Dünya | çapa göndər
"Bu İkinci Dünya Müharibəsindən sonra Avropa üçün ən ağır saatlardır. Nüvə gücünə malik olan ölkə öz qonşusuna hücum edib və Ukraynanı xilas etmək üçün gələcək digər ölkələri hədələyir".
Qarabaginfo.az xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Komissyasının Prezidenti Ursula von der Leyenlə birgə keçirdiyi brifinqdə deyib.
"Bu, yalnız beynəlxalq hücumun ən kobud şəkildə pozulması deyil, bu həm də insan varlığının mövcudluğu, yaşamqa hüququ ilə bağlı fundametal prinsiplərin pozulmasıdır. Bu hücum insanların həyatını alır və qarşımızda qeyri-müyyən nəticələr qoyur", Cozep Borrel vurğulayıb.
O deyib ki, Avropa İttifaqı bu hücuma ən sərt mümkün cavabları verəcək. "Bu gün axşam Aİ Şurasının iclası çağırılıb və bu iclasda ən güclü və ən sərt sanksiyalar paketinin qəbulu müzakirə olunacaq. Hansı ki bu sanksiyaları biz indiyədək tətbiq etməmişik".
Aİ-nin Ali Nümayəndəsi qeyd edib ki, o, müxtəlif ölklərin liderləri ilə yaxın təmasdadır və vəziyyətin ciddiliyi barədə onları məlumatlandırır. "Rusiya idarəçiliyi görünməmiş təcridlə üzləşəcək".
"Bu diplomatik oyun deyil, burada məsələ ölüm və yaşamaqla, qlobal cəmiyyətin gələcəyi ilə bağlıdır."
Cozep Borrell lazım gələrsə, evakuasiya prosesinə dəstək verəcəklərini də bildirib.
"Mən diplomatik səylər göstərən tərəfdaşlarımıza təşəkkür edirəm, lakin Rusiya birtərəfli şəkildə vəziyyəti gərginləşdirməyi müharibə aparmağı seçib. Prezident Putin bu mənasız aqresiyasını dayandırmalıdır", Aİ-nin Ali Nümayəndəsi vurğulayıb.
Avropa Komissiyasının prezidenti isə Rusiyanın hücumunu barbarlıq adlandırıb. "Aİ bu barbar hücumu və buna haqq qazandırmaq üçün istifadə edilən kinli arqumentləri qınayır. Rusiya Prezidenti Vladimir Putin Avropaya müharibəni geri gətirib. Rusiya rəhbərliyi müstəqil, suveren ölkəyə qarşı aqressiya nümayiş etdirir. Rusiyanın hədəfi yalnız Ukrayna deyil, Rusiyanın hədəfi həm də dünyada sabitlik və beynəlxalq sülhdür" o vurğulayıb.
Avropa Komissiyasının Prezidenti deyib ki, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunacaq. "Sanksiyalar Rusiya iqtisadiyyatının strateji sektorlarını hədəf alacaq. Biz Rusiyanın Aİ-dəki aktivlərini donduracağıq və Rusiya banklarının bizim maliyyə bazarımıza çıxışını dayandıracağıq. Bu, Kremlin müharibəni maliyyələşdirmək qabiliyyətinə ağır zərbə vurmaq üçün nəzərdə tutulub".
Digər xəbərlər