Tarix: 24-02-2022 | Saat: 11:49
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Biz Rusiyanın Ukraynaya qarşı görünməmiş hərbi təcavüzünü ən kəskin şəkildə pisləyirik”.
Qarabaginfo.az xəbər verir ki, bu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Rusiyanın Ukraynaya hücumu ilə bağlı birgə bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, Rusiya özünün əsassız hərbi hərəkətləri ilə beynəlxalq hüququ kobud şəkildə pozur, Avropada sabitliyə və qlobal təhlükəsizliyə zərbə vurur: “Biz insan tələfatına və onların çəkdikləri ağrılara görə təəssüf edirik. Rusiyanı hərbi əməliyyatları dərhal dayandırmağa, ordusunu Ukraynadan çıxarmağa və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə tam hörmət etməyə çağırırıq. XXI əsrdə bu cür güc və məcburiyyətdən istifadənin yeri yoxdur. Aİ bu misilsiz böhranla üzləşən Ukrayna və onun xalqının yanında qətiyyətlə dayanır”.
Birgə bəyanatda qeyd olunub ki, Aİ liderləri bu gün görüşəcək: “Avropa Şurasının prezidenti Mişel böhranı və əlavə məhdudlaşdırıcı tədbirləri müzakirə etmək üçün təcili olaraq Avropa Şurasının fövqəladə iclasını çağırıb”.
Bildirilib ki, Prezident von der Leyen və Ali Nümayəndə Borrell növbəti sanksiyalar paketini açıqlayacaq: “Aİ Ukraynaya və onun xalqına güclü siyasi, maliyyə və humanitar yardım göstərməyə davam edəcək”.
Digər xəbərlər