“Yeri gəlsə, o qadını analıq hüququndan məhrum etmək lazımdır...” - FOTOLAR
Tarix: 24-02-2022 | Saat: 01:34
Bölmə:Karusel / Gündəm | çapa göndər
1325 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-02-2022 | Saat: 01:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Birmənalı olaraq ana olmaq asandır, amma analıq etmək çox çətin bir məsələdir. Bunu hər qadın edə bilmir. Qadınlar nəinki sosial şəbəkəyə görə, bu həyatda heç bir varlığa görə övladını atmayacaq. Çünki o sənin həyatdakı ən böyük dəyərindir. 9 ay bətnində saxladığın, canından yaranan bir parçandır sənin. Sən ondan heç bir halda imtina edə bilməzsən! Nə sevgi, hansı sevgi? Övlad sevgisindən üstün sevgi var?”

Qarabaginfo.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış teleaparıcı Lalə Azərtaş deyib. O bu gün “Təsir dairəsi” verilişində Tiktok sosial şəbəkəsində tanış olub 4 övladını atan qadından da danışıb.

“4 azyaşlı uşağı atıb, kiməsə görə evdən getmək... Bu sadəcə bir dəhşətdir. Bu qadını yeri gəlsə analıq hüququndan məhrum etmək lazımdır. Həmin uşaqlara Xəzər tv ailəsi olaraq bütün hüquqi yardımlar göstəriləcək. Təbii ki, sona qədər də həmin uşaqları nəzarətdə saxlayıb, tamaşaçıya məlumat verəcəyik. Təsəvvür edin ki, o 3 azyaşlı oğlan uşağına 8 yaşlı bacısı baxır. Ana analıq məsuliyyətini 8 yaşındakı uşağın boynuna atıb, uşaq uşaqlara baxır. Bir ana-atanın şah əsəri övladlarıdır. Amma bunlar sanki bəhsə girirlər. Sənin həyat yoldaşın pisdirsə boşana bilərsən, amma bir ana dediyin adam övladını atıb getməyəcək. Ata sevgisi dağdan ucadırsa, ana sevgisi dənizdən dərindir. Mən belə bir halla rastlaşdığım üçün çox üzgünəm, bunun təəssüfünü, təəccübünü, təsirini yaşayıram. Bütün ailələrə xoşbəxtlik arzu edirəm. Heç bir kəs baladan ötə deyil. Çayın mənbəyi bulaqdırsa, ailənin mənbəyi anadır” deyə Lalə Azərtaş bildirib.
Xəbəri paylaş
Digər xəbərlər
30-05-2022, 19:14
Türk hərbçiləri Suriyanın şimalında 5 terrorçunu məhv edib
9-01-2026, 22:10
Tbilisidə ticarət mərkəzində yanğın baş verib
15-02-2022, 18:40
Lavrov və Mirzoyan üçtərəfli bəyanatların icrasını müzakirə edib
19-12-2018, 15:12
Televiziya aparıcılarının leksik norma səhvləri açıqlanıb - SİYAHI 19 Dekabr, 2018 14:45
1-10-2025, 08:04
KİV: İsrail avqustdan bəri Qəzzada 1 250 binanı dağıdıb
27-02-2024, 11:35
Həbsdə olan generalın üzərinə həbs qoyulan əmlakları hərraca çıxarılıb, ailəsi şikayətçidir
18-01-2021, 16:57
Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı vətəndaşlara müraciət edib
28-11-2022, 13:41
“Heydər Əliyev – 100” yubiley medalı təsis ediləcək
16-12-2024, 14:15
Rus ordusu Yelizavetovkanı da ələ keçirdi
1-08-2026, 18:22
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
















