Saytımızı qiymətləndirin


 
 

Özbəkistan Qazaxıstana NOTA VERDİ
Tarix: 23-02-2022 | Saat: 15:01
Bölmə:Karusel / Dünya | çapa göndər

Özbəkistan Qazaxıstana NOTA VERDİ

 

Özbəkistan Qazaxıstana nota verib.

Qarabaginfo.az “Akşam.com.tr”yə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin sözçüsü Yusuf Kabulcanov məlumat verib.

Bildirilib ki, buna səbəb yanvar ayında Qazaxıstanda baş verən iğtişaşlarda Özbəkistan vətəndaşlarının həbs olunmasıdır.

Y.Kabulcanov bildirib ki, həmin şəxslərin harada saxlanıldığı, həbs olunmasının səbəbləri barədə Qazaxıstan Xarici İşlər Nazirliyindən məlumat verməsi tələb olunub.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstanın ombudsmanı Elvira Azimova ölkədəki hadisələrlə bağlı 14 Özbəkistan vətəndaşının saxlanıldığını bildirmişdi.



Xəbəri paylaş

300 dəfə oxunub.

Digər xəbərlər