Saytımızı qiymətləndirin


 
 

Tələbəni avtobus vurubmuş - TƏFƏRRÜAT
Tarix: 12-11-2022 | Saat: 10:51
Bölmə:Karusel | çapa göndər

Tələbəni avtobus vurubmuş - TƏFƏRRÜAT

Noyabrın 10-da saat 20 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Babayev idarə etdiyi “Baku Busa” məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Sumqayıt şəhər sakini Seyfəddin Mustafazadəni vurub.

 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada noyabrın 11-də orada ölüb. 

 

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Qeyd edək ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Mustafazadə Sədrəddin Seyfəddin oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən avtomobillə vurulub. 

 

S.Mustafazadə açıq kəllə-beyin travması və bədənin çoxsaylı xəsarətləri ilə komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən 19 yaşlı piyadanın həyatını həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, S. Seyfəddinov Bakı Mühəndislik Universitetinin tələbəsi olub. O, universitetin Memarlıq və inşaat fakültəsinin Sənaye mühəndisliyi ixtisasının III kursunda təhsil alıb.  



Xəbəri paylaş

106 dəfə oxunub.

Digər xəbərlər