Xalq artisti, qoboy ifaçısı, bəstəkar və pedaqoq Kamil Cəlilov 84 yaşında vəfat edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev "Instagram"da məlumat verib.
Bildirək ki, Kamil Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır.