Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda elektriklə işləyən avtobusların yığılması müəssisəsi yaradıla bilər
Tarix: 22-02-2022 | Saat: 18:29
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycanda elektriklə işləyən avtobusların yığılması müəssisəsi yaradıla bilər

Azərbaycanda elektriklə işləyən avtobuslar, hibrid və tam elektrikli avtomobillərin yığılması müəssisəsinin yaradılması məsələləri müzakirə olunub.

Qarabaginfo.az ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin BYD şirkətinin Avropa üzrə icraçı direktoru İsbrand Ho ilə görüşündə bildirilib.

Məlumata görə, nazir Azərbaycanın Çinlə əlaqələrə böyük önəm verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə ölkəmizin iqtisadi prioritetləri, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib, bu sahədə tərəfdaşlıq perspektivləri vurğulanıb, Çin şirkətləri ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət olunub.

BYD şirkətinin Avropa üzrə icraçı direktoru İsbrand Ho təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə danışıb, tərəfdaşlıq potensialı barədə fikirlərini bölüşüb.



Xəbəri paylaş

1208 dəfə oxunub.

Digər xəbərlər