Tarix: 22-02-2022 | Saat: 14:09
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya səfəri hələ fevralın əvvəllərində planlaşdırılmışdı. Lakin səfərə hazırlıq işlərinin uzanmasına görə onu fevralın 21-nə təxirə salıblar. Bu barədə redaksiyamıza diplomatik qaynaqlardan bildirlib.
Mənbə onu da deyib ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri barədə Bəyənnamə üzərində hazırlıq işləri yanvarın sonlarında-fevralın əvvəllərində başlamışdı.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi imzalanıb. Həmin bəyannamə bu günlərdə hər iki ölkə tərəfindən ratifikasiya edilib və qüvvəyə minib. Rusiya ilə Azərbaycan arasında imzalanacaq müttəfiqlik Bəyannaməsinin də Şuşa Bəyannaməsinin bənzəri olacağı bildirilir.
Azərbaycan prezidenti ötən gün axşam saatlarında Moskvaya rəsmi səfərə yola düşüb. İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar bu günə planlaşdırılıb. Kremlin məlumatında deyilirdi ki, tərəflər iki ölkə arasında siyasi, ticarət-iqtisadi və humanitar sferalarda münasibətlərin sonrakı inkişafını müzakirə edəcəklər. Habelə Ermənistan, Azərbaycan və Rusiya rəhbərləri arasında 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 2021-ci il 26 noyabr razılaşmalarının yerinə yetirilməsinin gedişi barədə də fikir mübadiləsi aparılacaq.(virtualaz.org)
Digər xəbərlər