Saytımızı qiymətləndirin


 
 

Quba yolundakı qəzanı yolla əlaqələndirmək düzgün deyil - Saleh Məmmədov
Tarix: 22-02-2022 | Saat: 13:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

2-3 gün əvvəl Quba yolunda baş vermiş faciə mənə də pis təsir edib .

 

Qarabaqinfo.az xəbər verir ki, bunu AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov avtomobil yolları işçilərinin peşə bayramı günü ilə bağlı tədbirdə çıxışı zamanı bildirib.

 

O bildirib ki, qəzalar yalnız həmin yolda baş vermir:

 

"Respublikanın bütün avtomobil yollarında hadisələr olur. Quba yolundakı faciə də o hadisələrdəndir. Yollarda hərəkət sürətini göstərən yol işarələri var. Əgər sürücülər həmin işarələrə nəzarət etsələr, təhlükəsiz hərəkət edə bilərlər. Baş vermiş bu faciə də ondan iki gün əvvəl baş verən digər hadisənin baş verməsinin təəssüratları nəticəsində baş verib. 


Həmin yol Bakı-Sumqayıt dairəvi yoldur. Bu yol 1984-cü ildə çəkilib. 2008-ci ildə həmin yol yenidən rekanstruksiya olunub. Həmin vaxt o yolda çəkmələr nəzərə alınıb. Biz bu yolda təmir işləri aparırıq. Həmin yolda 3 hərəkət zolağından iki hərəkət zolağına keçid var. Biz orda yolun daralması və 60 km-lik sürət həddi işarəsi qoyulub. Hadisənin səbəblərinin yolun xarab olması ilə əlaqələndirmək düzgün deyil. Bunu milli faciə etməyək".


S. Məmmədov bildirib ki, Quba- Rusiya sərhəddi avtomobil yolu 2010-cu ildə istifadəyə verilib:
"Ola bilsin ki layihə düzgün icra olunmayıb, çəkilişdə səhlənkarlığa yol verilib deyə o yol sıradan çıxıb. O yolun beton örtüyünün dəyişdirilməsinə böyük vəsait lazımdır. 
Buna görə də həmin yola alternativ yol çəkilib. Həmin yol 2022-ci ildə istifadəyə veriləcək".c



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər