Ana Sayfa > Karusel / Gündəm > Quba yolundakı qəzanı yolla əlaqələndirmək düzgün deyil - Saleh Məmmədov
Quba yolundakı qəzanı yolla əlaqələndirmək düzgün deyil - Saleh Məmmədov22-02-2022, 13:22. Yazar: Admin |
![]() 2-3 gün əvvəl Quba yolunda baş vermiş faciə mənə də pis təsir edib .
Qarabaqinfo.az xəbər verir ki, bunu AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov avtomobil yolları işçilərinin peşə bayramı günü ilə bağlı tədbirdə çıxışı zamanı bildirib.
O bildirib ki, qəzalar yalnız həmin yolda baş vermir:
"Respublikanın bütün avtomobil yollarında hadisələr olur. Quba yolundakı faciə də o hadisələrdəndir. Yollarda hərəkət sürətini göstərən yol işarələri var. Əgər sürücülər həmin işarələrə nəzarət etsələr, təhlükəsiz hərəkət edə bilərlər. Baş vermiş bu faciə də ondan iki gün əvvəl baş verən digər hadisənin baş verməsinin təəssüratları nəticəsində baş verib.
Geri dön |