Saytımızı qiymətləndirin


 
 

İmtahan sualları sosial şəbəkələrdə necə paylaşılır? - Video
Tarix: 22-02-2022 | Saat: 11:36
Bölmə:Karusel / Təhsil | çapa göndər

İmtahan sualları sosial şəbəkələrdə necə paylaşılır? - Video

Magistratura pilləsinə keçirilmiş qəbul imtahanında təqdim olunan bəzi test tapırıqlarının şəkilləri sosial şəbəkələrdə paylaşılıb. İddia olunur ki, həmin suallar imtahan prosesi zamanı çəkilib. İmtahanlara xeyli sayda nəzarətçinin cəlb olunduğunu, iştirakçıların ciddi yoxlanıldığını nəzərə alsaq, sualların necə çəkildiyini aktuallaşır. Ekspertlər iddia edirlər ki, iştirakçılardan biri ağıllı saatdan istifadə edərək sualları çəkib. Dövlət İmtahan Mərkəzi də məsələyə münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, öz Feysbuk hesabında sualların fotosunu paylaşan təhsil eksperti Kamran Əsədov iddia edir ki, həmin suallar smart tipli "ağıllı" saatla çəkilib.

Təhsil eksperti bildirib ki, bu məsələ prosesə cəlb edilən nəzarətçilərlə bağlı müəyyən boşluqların olduğunu deməyə əsas verir.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə "Xəzər Xəbər"ə deyib ki, mövcud qaydalara əsasən magistraturaya qəbul imtahanınının iştirakçıları cavab kartı ilə yanaşı, sual kitabçasını da nəzarətçiyə təhvil verməlidirlər.

Fevralın 20-də keçirilən imtahanda 3 nəfər materialların nəzarətçiyə təhvil verilməsi zamanı diqqətdən yayınıb və sual kitabçasını özü ilə aparıb. 1 nəfər isə sual kitabçasının içərisindən bir vərəqi çıxarıb və özü ilə götürüb.

''Bu kimi hallarda həmin şəxslər imtahandan sonra kitabçanın şəklini çəkərək sosial şəbəkələrdə paylaşırlar. Hazırda qeyd olunan məsələlərlə bağlı araşdırma aparılır'' - deyə Xanlar Xanlarzadə vurğulayıb.



Xəbəri paylaş

345 dəfə oxunub.

Digər xəbərlər
26-01-2018, 12:55 Bakıda qar gözlənilir
20-02-2022, 17:13 Sabunçuda ev yanıb