Saytımızı qiymətləndirin


 
 

NK: Əhalinin gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya şəraitində qorunmalıdır
Tarix: 21-02-2022 | Saat: 19:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nazirlər Kabineti

Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamın əsas hədəfləri açıqlanıb.

Nazirlər Kabinetindən Qarabaginfo.az-a verilən xəbərə görə, sərəncamın əsas hədəfi dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına təzyiqinin azaldılması, əhalinin real gəlirləri və alıcılıq qabiliyyətinin qorunması, daxili istehsalın təşviq edilməsidir.

Sərəncamda deyilir ki, inflyasiyanın xərc amillərinin qiymətlərə ötürücülüyünün artdığı, idxal məhsulların bahalaşaraq qiymət artımını sürətləndirdiyi bir şəraitdə ölkədə makroiqtisadi sabitlik qorunmalı, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılmalı, əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır.

2022-ci ildə qiymətlərin yuxarı səviyyədə və qalıcı olmasının qarşısının alınması üçün qiymətartırıcı amillərin sabitləşdirilməsi, həmçinin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.



Xəbəri paylaş

1285 dəfə oxunub.

Digər xəbərlər