Saytımızı qiymətləndirin


 
 

Saakaşvili yenidən aclığa başladı
Tarix: 21-02-2022 | Saat: 16:14
Bölmə:Karusel / Siyasət | çapa göndər

Saakaşvili yenidən aclığa başladı

 Bu gün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilir.

M.Saakaşvili prosesdə çıxışı zamanı müddətsiz aclıq aksiyasına başladığını elan edib.

Gürcü siyasətçi buna səbəb olaraq hazırda saxlanıldığı Rustavi həbsxanasında pis müalicə olunduğunu göstərib.

“Əlil olmağım üçün məqsədli iş aparılır. Siz (Gürcüstan rəhbərliyi – red.) istəyirsiniz ki, mən belə sakitcə ölüm. Alınmayacaq. Lazım gələrsə, başım dik şəkildə ölərəm. Bu gündən etibarən müddətsiz aclıq aksiyasına başladığımı elan edirəm”, - deyə Saakaşvili qeyd edib.

Xatırladaq ki, Gürcüstanın eks-Prezidenti ötən il oktyabrın 1-i saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aclıq aksiyasından sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.

Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, 6 il müddətinə həbs olunub.



Xəbəri paylaş

237 dəfə oxunub.

Digər xəbərlər