Saytımızı qiymətləndirin


 
 

Şəhidlərimizin xatirəsi anıldı - Video
Tarix: 20-02-2022 | Saat: 16:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Şəhidlərimizin xatirəsi anıldı

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsinə ehtiram məqsədilə anım mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, Vətən Müharibəsi Qəhrəmanı şəhid Ramiz Qasımovun və Vətən müharibəsi şəhidləri İbrahim Əliyevin, Səid Ədilovun, Elməddin Hüseynzadənin xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, eləcə də döyüş yoldaşları iştirak ediblər.

Anım mərasimlərində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim olunub.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı parlaq Zəfərin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçirilən mərasimlərdə şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər