Saytımızı qiymətləndirin


 
 

Makron Ermənistana gələcək
Tarix: 25-04-2022 | Saat: 12:43
Bölmə:Karusel / Siyasət | çapa göndər

Yenidən Fransa prezidenti seçilən Emanuel Makronun Ermənistana gələcəyi gözlənilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumat Ermənistanın baş naziri Nikol Paşinyanın Emanuel Makrona ünvanladığı təbrik mesajında açıqlanıb.

“Əminəm ki, növbəti beş il üçün yenidən prezident seçilməyiniz Ermənistan və Fransa arasında imtiyazlı münasibətlərə yeni təkan verəcək, razılaşdırılmış birgə proqramlarımızı, o cümlədən ikitərəfli iqtisadi əlaqələrin intensivləşdirilməsinə yönəlmiş səyləri uğurla davam etdirməyə imkan verəcək”, - Paşinyan deyib.


O, Ermənistanın regionda uzunmüddətli sülhün bərqərar olunmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın rolunu yüksək qiymətləndirdiyini vurğulayıb.

“Sizi yaxın gələcəkdə İrəvanda qəbul etməyi səbirsizliklə gözləyərək, inamlı qələbəniz münasibətilə bir daha təbrik edirəm və sizə uğurlar arzulayıram”, - Paşinyanın mesajında qeyd edilib.



Xəbəri paylaş

228 dəfə oxunub.

Digər xəbərlər