Tarix: 20-02-2022 | Saat: 00:38
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukraynada canlı yayımlanan televiziya verilişində deputat Nestor Şufric və ukraynalı jurnalist Yuri Butusov arasında əlbəyaxa dava olub.
Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə “İfadə azadlığı” adlı verilişdə baş verib.
Əvvəlcə jurnalist Yuri Butusovla “Həyat Naminə Müxalifət Platforması”nın deputatı Nestor Şufric arasında şifahi mübahisə baş verib.
Butusov deputat Şufricin rusiyapərəst olduğunu və onun üzvü olduğu müxalifət partiyasından bəzi deputatların Rusiyanın hücumu ehtimalı ilə fevralın 16-da ölkəni tərk edərək özlərini təmin etməyə çalışdıqlarını “vətənə xəyanət” kimi qiymətləndirib.
Qəfil ayağa qalxaraq deputat Şufricin yanına gələn Butusov deputata şillə vurub. Deputat da eyni şəkildə cavab verib. Bundan sonra studiyada əlbəyaxa dava başlayıb.
Davadan sonra deputat jurnalistə “qız kimi döyüşür” ifadəsini işlədib.(Qafqazinfo)
Digər xəbərlər