Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elgin Şirin oğlu Həbibullayev kollektivə təqdim olunub.

Qarabaginfo.az xəbər verir ki,  yeni icra başçısı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təqdim edilib.

Zeynal Nağdəliyev təqdimatda çıxış edib və dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Elgin Həbibullayev ona göstərilən etimada görə minnətdarlıq edib.