Saytımızı qiymətləndirin


 
 

Fransa saytı: Qarabağ FK ciddi rəqibdir
Tarix: 17-02-2022 | Saat: 22:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

Fransa saytı: Qarabağ FK ciddi rəqibdir

Fransanın nüfuzlu “francetvinfo.fr” saytı Qarabağ Futbol Klubunun Marseldə keçirəcəyi oyunu ilə bağlı xəbər yayıb.

Qarabaginfo.az-ın məlumatına görə, xəbərdə deyilir:

“1951-ci ildə yaradılan Qarabağ Futbol Klubu ciddi qəbul edilməli rəqibdir. 8 dəfə Azərbaycan çempionu olmuş komanda 1990-cı illərin sonlarından Avropada yarışlarda iştirak edir. Uzun illər təsnifat turnirlərində oynayan komanda nəhayət 2014-2015-ci il mövsümündə Avropa Liqasının, 2017-ci ildə isə çempionlar liqasının təsnifat mərhələlərində oynamağı bacardı.

Bu mövsüm komanda Konfrans Liqasının H qrupunda çıxış edib və tarixində ilk dəfə Avropada mərhələyə yüksəlib. Təcrübəli oyunçuları sayəsində Qarabağ rəqibinə hədiyyə etmək niyyətində deyil”.

“Laprovence.com” saytı isə stadionun ətrafına çox sayda polis əməkdaşının cəlb edildiyi və çox ciddi təhlükəsizlik tədbirlərinin görüldüyünü xəbər verir.



Xəbəri paylaş

1251 dəfə oxunub.

Digər xəbərlər