Tarix: 17-02-2022 | Saat: 18:40
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Qərb vəziyyəti nizamlamaq üçün Kiyevə silah verməkdən və Ukrayna Silahlı Qüvvələri ilə birgə təlimlərdən imtina etməli, Ukrayna hakimiyyətini Minsk razılaşmalarına əməl etməyə məcbur etməlidir”.
Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş ABŞ tərəfinin təhlükəsizlik zəmanətləri ilə bağlı cavabına yazılı reaksiyada deyilir.
"Ukrayna ətrafında vəziyyətin de-eskalasiyası üçün növbəti addımların atılması prinsipial olaraq vacibdir. Bunlar Kiyevi Minsk Tədbirlər Paketini icra etməyə məcbur etmək, Ukraynaya silah tədarükünü dayandırmaq, bütün Qərb müşavirlərini və təlimatçılarını oradan çıxarmaq, NATO ölkələrinin Ukrayna Silahlı Qüvvələri ilə hər hansı birgə təlimlərdən imtina etmək və bütün xarici silahların Ukrayna ərazisindən kənara çıxarılmasıdır”- deyə sənəddə qeyd olunub.
Digər xəbərlər