Saytımızı qiymətləndirin


 
 

Ermənilər Qazaxın kəndlərinə alternativ yollar çəkəcək
Tarix: 16-02-2022 | Saat: 18:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənilər Qazaxın kəndlərinə alternativ yollar çəkəcək

Ermənistanla Azərbaycan arasında gözlənilən demarkasiya və delimitasiya işləri nəticəsində Tavuş vilayətində yeni yollar çəkiləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın "FaktInfo" nəşri yazıb.

Bildirilir ki, Əskipara kəndinə gedən əsas magistralın üç hissəsi Azərbaycanın nəzarəti altında olacaq. Yeni alternativ yollar bir neçə kəndi Bağanislə birləşdirəcək.

"Təxminən 12 kilometrlik yeni yolun tikintisi ilə bağlı ilkin qərar var. Hakimiyyət podratçı şirkətlər axtarır. Əskipara bəzi ərazi güzəştləri ilə sərhəd kəndi olaraq qalacaq. Avqust ayından etibarən Əskiparada rus hərbçiləri zastava yaradıb. Məlumata görə, rusların dayandığı yol Ermənistan-Azərbaycan sərhədi sayılacaq", - deyə nəşr bildirib.

Qeyd edək ki, Qazaxın 7 kəndi (Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızıl Hacılı və Aşağı Əskipara) 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən işğal olunub. Bu kəndlərdə düşmən bir sıra qanlı qətliamlar həyata keçiriblər.



Xəbəri paylaş

1293 dəfə oxunub.

Digər xəbərlər