Saytımızı qiymətləndirin


 
 

İki ildə psixi pozuntusu olanlar tərəfindən 14 qətl törədilib
Tarix: 16-02-2022 | Saat: 17:19
Bölmə:Karusel / Kriminal | çapa göndər

Psixi xəstələr niyə çoxalır? | Gənc Ailə

2020-2021-ci illərdə Azərbaycanda psixi pozuntusu olan şəxslər tərəfindən 14 qəsdən adam öldürmə hadisəsi törədilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun açıqladığı məlumatda deyilir.

Xəbərə görə, 2020-ci ildə törədilmiş 159 qəsdən adam öldürmə hadisəsinin 11-ni, 2021-ci ildə törədilmiş 156 qəsdən adam öldürmə hadisəsinin 3-nü psixi pozuntusu olan şəxslər törədib.

Qeyd olunub ki, cinayəti anlaqsız vəziyyətdə törətmiş şəxsin psixi pozuntusu özünə və ya başqa şəxslərə zərər yetirməsi təhlükəsi yaratdıqda həmin şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsinə baxılması üçün toplanmış iş məhkəməyə göndərilir.

Məhkəmənin qərarı ilə belə şəxslərə tibbi xarakterli məcburi tədbirlərdən biri təyin edilir.



Xəbəri paylaş

272 dəfə oxunub.

Digər xəbərlər