Saytımızı qiymətləndirin


 
 

Karateçilərimiz beynəlxalq turnirdə iştirak edəcək
Tarix: 16-02-2022 | Saat: 14:56
Bölmə:Karusel / İdman | çapa göndər

Karateçilərimiz beynəlxalq turnirdə iştirak edəcək

 

 

Karateçilərimiz 18-20 Fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Premyer Liqa seriyasından yarışda iştirak edəcək.
Karate Federasiyasından Qarabaginfo.az-a verilən məlumata görə millinin heyətində 9 idmançı yer alıb. Kişilərin baş məşqçisi Qurban Tağıyev -60 kq çəki dərəcəsində Əminağa Quliyev və Sultan Hüseynovu, -67 kq-da Tural Ağalarzadə və Rafiz Həsənovu, -84 kiloqram çəki dərəcəsində Turqut Həsənov və Pənah Abdullayevi, 84+ kq çəkidə isə Asiman Qurbanlını heyətə cəlb edib. Böyük məşqçi Şahin Xudaverdiyev də idmançıları yarışda müşayiət edəcək. Qadınların baş məşqçisi Denis Morozov İrina Zaretskanın (-68 kq), Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərovun liqa turnirinə qatılmasına üstünlük verib.
Federasiyanın vitse-prezidenti Rəhma Hətəmov heyətlə bir yerdə olacaq. Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov, Anar Allahverdiyev və Rənad Əliyev Premyer Liqanı idarə edən hakimlər arasındadır. R.Əliyev həmçinin dərəcəsini yüksəltmək üçün artıq Dünya Karate Federasiyasının (WKF) Hakimlər komitəsinə imtahanlara qatılıb.
Qeyd edək ki, Karate1 Premyer Liqa turnirləri bu mövsümdən bir sıra dəyişikliklərlə keçirilir. Yarışa əsasən dünya reytinqində ilk 32 yeri tutan idmançılar qatılır. Qeydiyyat sifarişi limitləri dolmazsa, reytinqin növbəti pillələrində olan daha 32 karateçi yarışda iştirak edə bilər. Analoji hal yaranarsa Top 100-lüyə daxil olan karateçilər iştirakçılar arasına düşə bilər.
Yarış formatında da dəyişikliklər edilib. Kumite yarışlarında hər çəki dərəcəsində 8 qrupa bölünən 4 idmançı dairəvi sitemlə yarışacaq. Qruplardan iki nəfər növbəti mərhələyə çıxacaq. Sonra isə fərqlənən idmançılar mübarizəni medallaradək davam etdirəcək. Yarımfinalda məğlub olanlar bürünc medal qazanmış olacaq. Komanda kata yarışları Premyer Liqa turnirlərinin proqramından çıxarılıb.
Kata yarışlarında 8 qrupa bölünən 4 idmançı da əvvəlcə 3 dəfə tatamiyə çıxacaq. Qruplardan 2 ən yüksək nəticə göstərənlər növbəti mərhələyə adlayıb, 4 nəfərlik qrup görüşlərində bir daha yarışacaq. Bu mərhələdən 8 ən çox bal qazanan idmançılar arasından medallara layiq 6 idmançı məlum olacaq. Sağ və sol qrupların hər birindən seçilən üç idmançıdan liderlər finalda, 2-ci və 3-cü yerləri tutan kataçılar isə çarpaz şəkildə bürünc medallar uğrunda mübarizə aparacaq. Hər idmançı ilk mərhələdən başqa, ardıcıllıq olmamaq şərti ilə yarışboyu bir dəfə katanı təkrarlaya biləcək.
Fujeira Karate1 Premyer Liqa turnirində 55 ölkədən 342 idmançı iştirak edəcək.


Xəbəri paylaş

218 dəfə oxunub.

Digər xəbərlər