Saytımızı qiymətləndirin


 
 

Yaxınlarda Ermənistan-Azərbaycan dəmiryol hissələrinin tədqiqinə başlanacaq
Tarix: 14-02-2022 | Saat: 17:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yaxınlarda Ermənistan-Azərbaycan dəmiryol hissələrinin tədqiqinə başlanacaq

Təxminən 10 gündən sonra Ermənistan-Azərbaycan dəmir yolunun bərpa olunacaq iki hissəsində mütəxəssislər araşdırmalara başlayacaq və onların nəticələri əsasında layihə hazırlanacaq.

Bu barədə Ermənistan mətbuatına açıqlamasında Ermənistan-Azərbaycan dəmir yolunun bərpası proqramının işçi qrupunun rəhbəri, Ermənistan Baş nazirinin müşaviri Artaşes Tumanyan bildirib.

Onun sözlərinə görə, işçi qrupun işində "Rusiya Dəmir Yolları"nın mütəxəssisləri də iştirak edəcək.

Baş nazirin müşaviri izah edib ki, tikinti işlərinə başlamaq üçün Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmalar sənəddə qeyd olunmalıdır. Bu, həm ikitərəfli, həm də üçtərəfli razılaşma ola bilər.

"Ən azı iki tərəf öhdəlik götürməlidir, çünki onlar birlikdə işləməlidirlər. İstiqamətlər və birgə işlər var", - deyə A. Tumanyan qeyd edib.

Ermənistan Baş nazirinin müşavirinin fikrincə, dəmir yolunun Arazdəyən hissəsinin bərpası aylar, Meğri hissəsinin (burada 45 kilometrlik dəmir yolu tikilməlidir) isə 3 il çəkəcək.

"Bu işlərin Ermənistana nə qədər başa gələcəyi hələlik bəlli deyil. Müxtəlif rəqəmlər gördüm: 220, 250, 278 mln. dollar. Gömrük məntəqələrini və digər obyektləri saymasaq, məbləğ daha çox ola bilər", - deyə Tumanyan əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryan bu işlərin 200 mln. dollara başa gələcəyini demişdi.APA



Xəbəri paylaş

235 dəfə oxunub.

Digər xəbərlər