Saytımızı qiymətləndirin


 
 

İbrahim Əhmədov SOCAR vitse-prezidentinin müavini təyin edilib
Tarix: 11-02-2022 | Saat: 12:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

İbrahim Əhmədov

 

Əvvəl SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun müavini vəzifəsinə təyin olunub.

Bu barədə İbrahim Əhmədov bildirib.

“Şirkətimizdə aparılan struktur dəyişiklikləri çərçivəsində SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin olundum. İşim SOCAR Qrupunun korporativ kommunikasiya fəaliyyətlərinə nəzarət, təşkili və koordinasiyası ilə bağlıdır. Eyni zamanda, mətbuat katibi funksiyasını da icra edəcəyəm. Buna görə dəyərli jurnalistlərimiz Şirkətin adından verdiyim açıqlama və müsahibələrimdə mənim vəzifəmi sadəcə "mətbuat katibi" kimi qeyd edə bilərlər. Əvvəl olduğu kimi, bundan sonra da bütün mətbuat sorğuları üçün açığam və hamısını operativ şəkildə cavablandırmağa çalışacağam”, - bunu İ. Əhmədov öncə “Facebook” hesabında yazıb.



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər