Saytımızı qiymətləndirin


 
 

Tələbələrin qış tətili uzadılmayacaq - RƏSMİ
Tarix: 11-02-2022 | Saat: 10:53
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

Ötən gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ölkədə koronavirusa yoluxma statistikasının artması səbəbi ilə tələbələrin qış tətilinin uzadılmasını təklif etmişdi. Deputatın bu təklifi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu.

 

M. Quliyev yeni təhsil sessiyasının başlanmasını "Omicron" ştamı epidemiyasının pik dövrünə təsadüf etdiyindən gələn həftə içərisində yeni alovlanma ilə qarşılanma təhlükəsi olacağını deyib.

 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, hazırda bu məsələ müzakirə mövzusu deyil.

 

“Hazırda bu məsələ Təhsil Nazirliyində müzakirə olunmur”, - deyə nazirlik rəsmisi bildirib.

 

 

Qeyd edək ki, Səhiyyə naziri Teymur Mustafayev ötən gün keçirdiyi brifinqdə hazırda “Omicron”la bağlı məhdudlaşdırıcı addımların atılmasına zərurət olmadığını diqqətə çatdırmışdı.

Modern.az



Xəbəri paylaş

344 dəfə oxunub.

Digər xəbərlər