Tarix: 11-02-2022 | Saat: 08:30
Bölmə:Karusel / Multimedia | çapa göndər
Avropa İttifaqı (Aİ) kosmosda təhlükələrdən qorunmaq üçün yeni böhrana cavab sistemi hazırlamağı planlaşdırır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg” Avropa Komissiyasının (AK) sənəd layihəsinə istinadən məlumat yayıb.
Materiallarda göstərildiyi kimi, Aİ kosmosdan hücumlar və ya kosmik obyektlərə təhdidlər zamanı həmrəylik, qarşılıqlı yardım və böhrana reaksiya mexanizmlərinin aktivləşdirilməsi imkanlarını araşdıracaq.
Söhbət həm də kiberməkanda hibrid hücumları dəf etmək üçün birliyin imkanlarının genişləndirilməsindən gedir.
Sənədə əsasən, Aİ hibrid təhdidlərin aradan qaldırılması, müdafiə sənayesində tədqiqatlara investisiyaların artırılması məqsədilə kibertəhlükələrə dair məlumat mübadiləsi, həmçinin boşluqların müəyyən edilməsi üçün yeni platformalar yaratmaq istəyir.
Layihədə Avropa İttifaqının yeni “Strateji Kompas” təhlükəsizlik konsepsiyasının sənədinə Avropa Komissiyasının töhfə verə biləcəyi addımlar sadalanır.(Report)
Digər xəbərlər